ABŞ Çindən idxal edilən məhsullara gömrük rüsumlarını artırmasına baxmayaraq bu ölkə ilə ticarət sahəsində danışıqlara hazırdır.

Bu barədə Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp Fransaya, G7 sammitində iştirak etmək üçün yola düşməzdən əvvəl bildirib.

ABŞ lideri mətbuat nümayəndələrinin Çinə qarşı tariflərin sərtləşdirilməsinə baxmayaraq bu ölkə ilə danışıqlara hazır olub-olmaması barədə sualına “Bəli, mən hər zaman danışıqlara hazıram”, – cavabını verib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Pekinin Amerikadən idxal edilən avtomobillərə və onların ehtiyat hissələrinə rüsumların artırılmasına cavab olaraq Birləşmiş Ştatların Çindən idxal etdiyi mallara rüsumları artırmaq qərarı haqqında bildirib.

İstinadlar Report