Amerika Birləşmiş Ştatları öz hərbi kontingentini Nigerdən çıxarmağa razılaşıb.

Bu barədə “Washington Post” nəşrinin jurnalisti Con Hudson “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

O qeyd edib ki, ABŞ dövlət katibinin müavini Kurt Kempbell Nigerin baş naziri Əli Lamine Zeyin ilə görüşündə onun ABŞ qoşunlarının Qərbi Afrika ölkəsindən çıxarılması tələbini qəbul edib.

Jurnalistin fikrincə, ABŞ-ın uzun müddətdir etiraz etdiyi bu addım Amerika qüvvələrinin Qərbi Afrikada antiterror əməliyyatları keçirməyə hazırlığını dəyişəcək.

İstinadlar Report