ABŞ prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstanda öz missiyasını yerinə yetirib və 1 maydan qoşunlarını bu ölkədən çıxarmağa başlayacaq.

“ABŞ hərbi qulluqçularını bu ilin 1 mayından çıxarmağa başlayacaq”, – Bayden deyib.

O əlavə edib ki, qoşunların çıxarılması nizamlı və müttəfiqlərlə koordinasiyalı şəkildə həyata keçiriləcək.

Bu halda prezident vurğulayıb ki, ABŞ Əfqanıstandakı bütün vəzifələrinin icrasına nail olub.

İstinadlar Report