ABŞ “Minuteman III” qitələrarası ballistik raketini növbəti dəfə sınaqdan keçirib.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, bu ballistik raket çoxsaylı nüvə başlıqları daşıya bilir. Raketin təlim döyüş başlıqları 6760 kilometr məsafə qət edərək Sakit okeanın mərkəzində yerləşən Kvajaleyn (Marşal adaları) yaxınlığındakı poliqonda hədəflərini vurub.

İstinadlar Report