ABŞ prezidenti Donald Tramp mayın 25-də Yaponiyaya rəsmi səfər edib.

Səfər mayın 28-dək davam edəcək.

Bu, 1992-ci ildən bəri ABŞ prezidentinin Yaponiyaya ən uzun müddətli səfəridir. Donald Trampın səfərinin əsas hissəsi mayın 27-də başlayacaq. Həmin gün o, Yaponiyanın baş naziri Sindzo Abe və mayın 1-dən taxta oturmuş Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşəcək.

ABŞ prezidentinin səfərinin təhlükəsizliiyini Yaponiyanın 25 min polis əməkdaşı təmin edir.

İstinadlar Report