
ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında fövqəladə fəlakət rejimi elan edib
Bu barədə Ağ Evin saytında məlumat verilib.
Zərərçəkmişlər müvəqqəti mənzil və ev təmiri üçün qrantlar, sığortasız əmlaka dəyən zərərin ödənilməsi üçün kreditlər və digər proqramlar şəklində yardım ala biləcəklər.
Bundan əlavə, yerli hökumətlər üçün federal maliyyə də mövcuddur.