ABŞ Prezidenti Cozef Bayden yanvarın 9-12-də Romaya səfər edəcək, İtaliyanın baş naziri Ciorcia Meloni, həmçinin Roma Papası Fransisklə görüşəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı açıqlamasında bildirilir.

“Bayden Roma Papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Meloni ilə ayrı-ayrılıqda görüşlər keçirmək üçün 9-12 yanvar tarixlərində İtaliyanın paytaxtı Romaya gedəcək”, – sənəddə qeyd olunur.

“Prezident Bayden yanvarın 10-da Roma Papası ilə görüşərək dünya sülhünün təşviqi səylərini müzakirə edəcək”, – Jan-Pyer əlavə edib. “

İstinadlar Report