Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard (Havay ştatından – Red) ABŞ prezidenti Donald Trampdan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden və “WikiLeaks”in qurucusu Culian Assanjın bağışlanılmasını istəyib.

Bu barədə Tulsi Qabbard özünün tvitter səhifəində yazıb.

Qabbard Amerika liderinə böyük fədakarlıqlar bahasına yerin altına gizlənən cinayətkarları ifşa edən insanları bağışlamaq barədə düşünməyi təklif edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, “WikiLeaks”in qurucusu Culian Assanjı bağışlamağa hazırdır. Amma bir şərtlə ki, o, Demokratlar Partiyasının serverlərində saxlanılan məktubların mətnlərini kimdən aldığını desin.

İstinadlar Report