
Amerikanın “F-15 Eagle” qırıcıları Polşanın Lask şəhərindəki aviabazaya gəlib.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, qırıcılar Böyük Britaniyanın Leykenhit aviabazasından göndərilib.
Qırıcı təyyarələr Polşada NATO-nun şərq cinahında çəkindirmə əməliyyatları aparmağa başlayacaq.