ABŞ Dövlət Departamenti Polşaya əlavə olaraq 116 “Abrams” tankını sursatla birlikdə satmaq qərarına gəlib.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşşak tviterdə yazıb.

“Polşa Silahlı Qüvvələrinin zirehli tank potensialının artırılması istiqamətində daha bir addım arxada qaldı”, – müdafiə qurumunun başçısı bildirib.

Blaşşak hazırda ölkələr arasında qiymət danışıqlarının başladığına diqqət çəkib. Onun sözlərinə görə, ilk tədarüklər 2023-cü ildə mümkündür.

İstinadlar Report