ABŞ Dövlət Departamenti Polşaya 1,33 milyard dollarlıq “hava – hava” raketlərinin satışını təsdiqləyib.

Bu barədə Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

“Dövlət Departamenti Polşaya orta mənzilli AIM-120D “hava – hava” raketlərinin, müvafiq logistika elementlərinin və dəstək vasitələrinin mümkün satışını təsdiqləyib”, – məlumatda qeyd olunub.

İstinadlar Report