ABŞ Panama kanalı zonasında yerləşdirilmiş qoşunlarının sayını artırmaq niyyətindədir.

Bu barədə ABŞ müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən ABŞ Quru Qoşunları Kollecində çıxışı zamanı bildirib.

“ABŞ hərbi gəmilərinin və yardımçı gəmilərin Panama kanalından ilk keçid hüququ, həmçinin kanalın hər iki sahilində bütün uzunluğu boyunca ABŞ qoşunlarının əlavə mövcudluğu barədə çərçivə razılaşması təmin etdik”, – o vurğulayıb.

Xatırladaq ki, ABŞ-nin Panamada hərbi mövcudluğunu genişləndirmək planları barədə P.Heqset bu Mərkəzi Amerika ölkəsinə səfərinin yekunları üzrə aprelin 9-da elan edib. Həmin vaxt nazir Panamada rotasiya əsaslı birgə təlimlər barədə məlumat vermişdi.

İstinadlar Report