ABŞ 2024-cü maliyyə ilində digər ölkələrə rekord məbləğdə 318,7 milyard dollarlıq hərbi məhsul tədarük edib.

Bu barədə Dövlət Departamentinin saytında dərc olunan hesabatda deyilir.

Qeyd olunub ki, 2024-cü maliyyə ilində Xarici Hərbi Satış sistemi çərçivəsində həyata keçirilən hərbi məhsullar, xidmətlər və hərbi əməkdaşlıq fəaliyyətləri 117,9 milyard dollar təşkil edib. Bu, 2023-cü maliyyə ilindəki 80,9 milyard dollarla müqayisədə 45,7% artım deməkdir.

Departament aydınlaşdırıb ki, ümumi məbləğ ABŞ-nin müttəfiqləri və tərəfdaşları tərəfindən maliyyələşdirilən 96,9 milyard dollarlıq silah satışını əks etdirir. Qalan məhsullar müxtəlif proqramlar çərçivəsində hədiyyə edilib.

İstinadlar Report