ABŞ-nin keçmiş prezidenti Donald Trampın alyansa töhfə verməyən NATO müttəfiqlərinin hücuma məruz qalacağı təqdirdə onları müdafiə etməkdən imtinası səbəbindən Birləşmiş Ştatlara inam təhlükə altındadır.

Bunu bazar ertəsi ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

Braun televiziya şirkətinə verdiyi müsahibədə Trampın sözlərini belə şərh edib: “Birləşmiş Ştatların etibarlılığı təhlükə altındadır, bizim hər bir ittifaqımız və ABŞ rəhbərliyi zəruri, tələbatda və diqqət mərkəzindədir”.

İstinadlar Report