ABŞ ordusu iyunun 16-da Suriyada hava hücumu həyata keçirərək İŞİD-in yüksəkvəzifəli üzvü və vasitəçilərindən olan Usama Camal Məhəmməd İbrahim əl-Cənabini zərərsizləşdirib.

Bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.

CENTCOM qeyd edib ki, “onun ölümü İŞİD-in resurslar əldə etmək və terror hücumları həyata keçirmək imkanlarını pozacaq”.

Bildirilib ki, əməliyyat zamanı mülki vətəndaşlardan xəsarət alan olmayıb.

İstinadlar Report