
ABŞ ordusu transgenderlərin işə qəbulunu dayandırıb.
Bu barədə ordunun mətbuat xidmətinin “X” sosial şəbəkəsində yayılan məlumatında deyilir.
Qeyd olunub ki, ABŞ ordusu da hərbi qulluqçular üçün cinsiyyətin dəyişdirilməsi prosedurlarını həyata keçirməyi və ya asanlaşdırmağı dayandıracaq. Qərar dərhal qüvvəyə minib.
Hazırda ABŞ ordusunda bu kateqoriyadan olan 15 minə yaxın insan xidmət edir. Onların tibbi göstəricilərə görə xidmətə yararsız hesab edilərək tərxis olunacağı gözlənilir.