ABŞ Oman dənizində silah yüklü gəmini ələ keçirib.

“Ərəb yelkənlisi” olaraq tanınan bayraqsız silah yüklü gəmi Oman körfəzinin şimalında əməliyyat nəticəsində ələ keçirilib.

Gəmidə Çin istehsalı olan minlərlə avtomat “Kalaşnikov” və yüzlərlə ağır pulemyot, snayper tüfəngləri, habelə Rusiya istehsalı olan onlarla tank əleyhinə idarəolunan raket olduğu bildirilib.

Məlumata görə, Yəməndəki husi qiyamçılarına silah və sursat bu yolla ötürülür.

İstinadlar Report