ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri Nümayəndələr Palatasının spikeri Kevin Makkarti üçün 2023-cü ildə baş tuta biləcək Tayvana səfər daxil olmaqla, səfər planı hazırlayırlar.

Bu barədə “Punchbowl News” nəşri məlumat yayıb.

Bildirilib ki, Cozef Bayden administrasiyasının nümayəndələri K.Makkartinin yazda Tayvana səfər edəcəyini gözləyir.

Nəşrdə qeyd olunub ki, Pentaqon bu səfəri planlaşdırarkən təhlükəsizlik logistikasını və Çinin mümkün reaksiyasını nəzərə almalı olacaq.

İstinadlar Report