
ABŞ-nin Yəmən ərazisinə hava hücumları nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə Yəmənin “Ənsar Allah” hərəkatından olan husilərin nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, bombardman cümə günü gecə Qırmızı dəniz sahilində yerləşən Ras-İsa limanı neft terminalının yerləşdiyi Əl-Hodeyda əyalətində olub. Qeyd olunur ki, 17 fəhlə və xidmətçi, həmçinin 5 təcili yardım işçisi həlak olub.
Limanda güclü yanğın baş verib, yanğınla mübarizə hələ də davam edir.