
ABŞ-nin vitse-prezidenti C.D.Vens Pasxa bayramı münasibətilə Papa Fransiski Vatikandakı iqamətgahında şəxsən təbrik edib.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
“Roma Papası Fransisk Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens ilə qısa şəxsi görüş keçirib. Bir neçə dəqiqə davam edən görüş Pasxa bayramı təbriklərini mübadiləsinə imkan yaradıb”, – məlumatda deyilir.