“Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna şəhərinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 12 dinc sakin ölüb, onlarla insan yaralanıb.

Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

“ABŞ-nin Farva bölgəsindəki bazara hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb, ilkin məlumatlara görə, daha 30 nəfər yaralanıb. Xilasetmə qrupları dağıntılar altında insanların axtarışını davam etdirir və ölənlərin sayı arta bilər”, – məlumatda deyilir.

İstinadlar Report