
Birminhem hava limanı yaxınlığında ABŞ-nin strateji kəşfiyyat pilotsuz uçuş aparatı “RQ-4B Global Hawk”un sınaqları Böyük Britaniyanın əsas aviaşirkətlərini uçuşların vaxtını dəyişdirməyə məcbur edib.
Bu barədə “Daily Telegraph” qəzeti yazıb.
2024-cü ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri İngiltərənin qərbindəki Ferforddan iki “RQ-4B Global Hawk” PUA-sını sınaqdan keçirib. Nəticədə “Jet2”, “easyJet”, “Ryanair” və “TUI” aviaşirkətləri Britaniyanın ikinci ən böyük şəhəri Birminhemə gedən 10 reysin marşrutunu dəyişdirilmək məcburiyyətində qalıblar.
Bundan sonra şirkət rəhbərləri Mülki Aviasiya İdarəsinə məktub göndərərək, Hərbi Hava Qüvvələrinin həftədə iki-üç dəfə bu cür uçuşlar həyata keçirmə planlarının 2800-dən çox sərnişinin uçuş gecikməsi ilə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.
Bundan əlavə, aviaşirkətlər ABŞ-nin PUA-ları səbəbindən sərnişin reyslərinin uzadılmasının karbon emissiyalarının artması və aviabiletlərin qiymətlərinin yüksəlməsi demək olacağını bildiriblər.