
ABŞ-nin bir neçə nüfuzlu ali təhsil müəssisəsi ölkə Prezidenti Donald Tramp administrasiyasının siyasətinə qarşı etirazlarını əlaqələndirmək üçün birlik yaradıb.
Məlumata görə, qeyri-rəsmi qrupa 10-a yaxın ali təhsil müəssisəsi daxildir. Birliyə daxil olan universitetlərin əksəriyyəti demokratlara meyl edən ştatlarda yerləşir. Qəzet yazır ki, qrupun öz siyasətini koordinasiya etməsi və universitetlərin federal hakimiyyət orqanlarına nə dərəcədə güzəştə getməyə hazır olduğunu müəyyən etməsi gözlənilir.
Nəşr qeyd edib ki, universitetlər birliyi artıq “akademik müstəqilliyi” müdafiə edəcək, o cümlədən tələbələrin qəbulu, işçilərin işə götürülməsi və tədris prosesinin təşkili prosedurlarına nəzarəti saxlamağa çalışacaq.