
ABŞ-nin müdafiə naziri Pit Heqset gələn həftənin əvvəlinə planlaşdırılan İsrailə səfərini ləğv edib.
Bu barədə vəziyyətlə tanış olan mənbələr məlumat verib.
Bundan əvvəl “Axios” portalı İsrail rəsmilərinə istinadən xəbər vermişdi ki, Heqset Prezident Donald Trampın Yaxın Şərqə səfərindən əvvəl İsrailə getməyi planlaşdırır. Pentaqon rəhbərinin səfərinin mayın 12-də baş tutacağı gözlənilirdi.
Səfər çərçivəsində Heqsetin İsrailin müdafiə naziri İsrael Kats və Baş nazir Binyamin Netanyahu ilə görüşü nəzərdə tutulurdu.