ABŞ-nin Missuri ştatının qubernatoru Mayk Parson Texas hakimiyyətinə sərhədi qorumaq üçün Milli Qvardiyanın əsgərlərini göndərəcəyini bildirib.

“Mart ayından etibarən Missuridən ilk patrul orada olacaq. Əvvəlcə 11 zabit olacaq. Milli Qvardiya üzvlərinin ilkin yerləşdirilməsinin martın 10-da başlayacağını gözləyirik”, – Parson mətbuat konfransında deyib.

Missuri rəhbəri əməliyyatın ilkin olaraq 90 gün davam edəcəyini bildirib.

Parson qeyd edib ki, onun dövləti üçün təhlükə sərhəddən axan fentanil narkotikidir.

İstinadlar Report