
ABŞ-nin maliyyə nazirinin terrorla mübarizə və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Brayen Nelson Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman və Türkiyəyə səfər edəcək.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfərlərdə “İranın regionda sabitliyi pozan fəaliyyəti” müzakirə olunacaq:
“Hər səfərdə o, İranın regionda sabitliyi pozan fəaliyyətini, iqtisadi artımı sarsıdan qanunsuz maliyyə risklərini və xarici investisiyaları aradan qaldırmaq səylərini müzakirə edəcək”.