
ABŞ Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün zəruri olacağı təqdirdə tərəddüd etmədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olacaq.
Bunu ABŞ-nin Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent deyib.
“Hazırkı administrasiya sanksiyaları saxladı və əgər bu, sülh danışıqlarına təsir göstərməyə kömək edərsə, heç bir şeydən çəkinməyəcək”, – o deyib. Nazir bildirib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dərhal, maksimum effekt əldə etmək üçün sanksiyalardan açıq və aqressiv şəkildə istifadə olunacaq”.