ABŞ-nin maliyyə naziri Canet Yellen aprelin 3-9-da Çinə səfər edəcək və burada ölkə rəhbərliyinin nümayəndələri ilə görüşəcək.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, Yellen ikitərəfli görüşlər və digər təmaslar” keçirmək üçün Çinə səfər edəcək. Onun səfəri amerikalı əməkdaşlara və bizneslərə “ədalətli rəftarın” təmin edilməsi, qeyri-qanuni insan alverinə qarşı “mübarizədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi”, həmçinin “maliyyə sabitliyinin yaradılması”, iqlim problemlərinin həlli və inkişaf etməkdə olan ölkələrin borclarının həlli məqsədi daşıyır.

İstinadlar Report