Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kolorado ştatında məskunlaşan Azərbaycan icmasının ilk diaspor təşkilatı yaradılıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, “Koloradoda Azərbaycan Diasporu” adlanan təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.
Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.