
ABŞ-nin keçmiş senatoru Bob Menendesin həyat yoldaşı, erməni əsilli Nadin Menendes (Arslanyan) biznes fəaliyyəti ilə əlaqədar və ya ərindən hüquqi yardım istəmək üçün Nyu Cersi ştatından üç kişidən nağd pul, qızıl külçə və lüks avtomobil şəklində rüşvət almaqda təqsirli bilinib.
Bu barədə “Associated Press” məlumat yayıb.
Məhkəmə icraçıları keçən il başqa bir hakimlər heyətinin Bob Menendesi eyni ittihamlarla təqsirkar bildiyi Manhetten Federal Məhkəməsinin eyni hökmübü çıxarıb. O, iyunda 11 illik həbs cəzasını çəkməyə başlayacaq.
Nadin Menendesin hökmü iyunun 12-nə təyin edilib.