
ABŞ-nin “Forbes” dərgisi Amerikanın ən zəngin qadınlarının siyahısını açıqlayıb.
Siyahıda bir çox məşhur qadınlar da yer alıb.
Həmin şəxsləri təqdim edirik:
Beyonse
ABŞ-nin dünyaca məşhur müğənnisi Beyonse siyahıda 48-ci yerdədir.Müğənninin ümumi gəliri 540 milyon dollardır.
Kayli Cenner
Kayli Cenner “Forbes” siyahısında ardıcıl olaraq 6-cı dəfə yer alıb. O, 680 milyon dollar gəlirlə 38-ci yerdədir.
Teylor Svift
17 illik musiqi karyerası ərzində bir çox rekordlara imza atan və aldığı mükafatlarla tarixə düşən amerikalı müğənni Teylor Svift 740 milyon dollarla musiqi sənayesinin ikinci ən zəngin qadını olub. O, siyahıda 34-cü yerdədir.
Rihanna
Hazırda ikinci övladına hamilə olan Rihanna 20-ci yerdə qərarlaşıb.
O, bu gəlirləri alt geyim markası “SavageXFenty” və gözəllik brendi olan “Fenty Beauty” ilə əldə edib. O, 1,4 milyard dollar qazancı ilə dünyanın ən varlı qadınları siyahısına daxil ola bilib.