ABŞ-nin Çikaqo şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq.

Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunan səyyar konsulluq xidməti fevralın 24-də baş tutacaq.

Səfirlik Çikaqo şəhəri və yaxın ərazilərdə yaşayan azərbaycan vətəndaşlarına müraciət edərək onlara tələbləri ilə bağlı səfirliklə əlaqə saxlamaqla, görüş vaxtının təyin olunmasını xahiş edib. Həmvətənlərimizə qəbul çərçivəsində pasportların rəsmiləşdirilməsi, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.

İstinadlar Report