ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi diplomatik xidmətdən istefa verib.

Bu barədə ABŞ-nin Bakıdakı Səfirliyinin feysbuk hesabında səfirin adından bəyanat yayılıb.

Onun səhhəti ilə bağlı problemlərə görə istefa verdiyi qeyd olunub.

“2023-cü ildə ABŞ Senatı qarşısında qeyd etdiyim sağlamlıq qayğılarım, təəssüf ki, davam edir.
Son nəticələr göstərir ki, sağlamlığım üçün evə qayıtmaq vaxtıdır. Mən son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. Xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm.
Mən ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə buranı tərk edirəm. Bu mətin xalqa və Azərbaycanın hər yerində həyat yoldaşım Danusia və mənim qarşılaşdığımız heyrətamiz təbiət gözəlliklərinə, coşqun qonaqpərvərliyə olan böyük sevgi ilə buranı tərk edirəm. Hamınıza təşəkkür edirik. Allah bu gözəl ölkəni qorusun!”