Amerika Birləşmiş Ştatları qoşunlarını Niger ərazisindən çıxarılmasını başa çatdırmaq üçün Niameydəki rəsmilərlə danışıqlar aparır.

Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi deyib.

O qeyd edib ki, Pentaqonun nümayəndələri hazırda Nigerin paytaxtı Niameydədir.

“Biz hazırda Vətənin Qurtuluşu Milli Şurası (Niger – red.) ilə ABŞ qoşunlarının çıxarılması ilə bağlı işləyirik. Hazırda bu müzakirələr davam edir”.

Qeyd edək ki, cari ilin aprel ayında Birləşmiş Ştatlar Nigerin Vaşinqtonla hərbi əməkdaşlıq müqaviləsini ləğv edəcəyini deməsindən sonra qoşunların nizamlı çıxarılması planlarını müzakirə etməyə başlayacağını açıqlamışdı.

Tərəflər hərbçilərin çıxarılması şərtləri ilə bağlı məsləhətləşmələri davam etdirib və bəzi Amerika qoşunlarının Nigerin ərazisində qala bilməsi ehtimalını müzakirə ediblər.

İstinadlar Report