ABŞ administrasiyası Niderlandla 807 milyon dollar məbləğində 226 AIM-120D3 “hava – hava” raketi və müvafiq avadanlığın satışı barədə razılığa gəlib.
Bu barədə Dövlət Departamenti və hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika tədarükünə cavabdeh olan Pentaqonun struktur bölməsi olan profil hökumət qurumu məlumat verib.
Amsterdam ilə razılaşmalar çərçivəsində texniki yardımın göstərilməsi, təlimlərin keçirilməsi, həmçinin maddi-texniki təminatın digər müvafiq elementləri nəzərdə tutulub.
Dövlət Departamenti və Pentaqona görə, satış “NATO üzrə müttəfiqin təhlükəsizliyini gücləndirməklə ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə nail olmağa kömək edəcək”. Vaşinqton bildirir ki, sövdələşmə regionda “əsas hərbi balansı dəyişməyəcək”. Sənəddə qeyd olunur ki, satış nəticəsində “Amerika müdafiə sisteminin döyüş hazırlığına mənfi təsir göstərilməyəcək”.