İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailə hücumla bağlı ABŞ-a lazımi xəbərdarlıq etdiklərini bildirib.

Nazir bu haqda “X”də paylaşım edib:

Nazir məlumatda Belçika, Hollandiya və Kiprdən olan həmkarları ilə danışdığını açıqlayıb.

“İsrail rejiminin İranın Dəməşqdəki səfirlik binasına törətdiyi terror aktı, beynəlxalq hüquq və Vyana konvensiyalarının pozulması məsələsini gündəmə gətirdim. Ölkəmizin mövqeyini izah etdim. ABŞ-yə lazımi xəbərdarlıq edildiyini vurğuladım”.

Nazir rusiyalı həmkarı Sergey Lavrovla görüşdə İsrailin Qəzzaya hücumlarının da müzakirə edildiyini bildirib.

İstinadlar Qafqazinfo