“ABŞ, konstitusiyasında neytrallığı nəzərdə tutan Moldovanı ölkə rəhbərliyi istəsə, silahla təmin etməyə hazırdır”.

Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks prezident Maia Sandu ilə danışıqların yekunu üzrə Kişinyovda keçirdiyi brifinqdə deyib.

“Bizim Moldova hökuməti ilə belə danışıqlarımız var, lakin yardım Moldova tərəfinin tələblərindən artıq olmamalıdır. Düşünürəm ki, nə baş verəcəyi ilə bağlı razılaşıb-razılaşmadığımızı başa düşməliyik. Mən Moldova rəhbərliyinin bizdən tələb etdiyindən kənara çıxmaq istəmirəm”, – amerikalı konqresmen bildirib.

İstinadlar Report