Fevralın 23-də ABŞ Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü münasibətilə 500-dən çox hədəfə sanksiya tətbiq edəcək.

Bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Reuters”ə söyləyib.

Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksinə, eləcə də “Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdırmağa kömək edən” üçüncü ölkələrin şirkətlərinə yönələcək.

Adeyemo əlavə edib ki, Vaşinqton Rusiyanı müharibə və müxalifətçi Aleksey Navalnının ölümünə görə məsuliyyətə cəlb etmək istəyir.

İstinadlar Report