
ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin bağlanması Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh prosesinə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır.
Bunu ABŞ-nin maliyyə naziri Skot Bessent açıqlamasında bildirib.
“Bu razılaşma Rusiyaya aydın mesaj verir ki, Tramp administrasiyası azad, suveren və uzunmüddətli firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”, – o, ABŞ-nin Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirib.