ABŞ-nin Milli Qvardiyası prezident seçkiləri zamanı və sonras Vaşinqtonda, Amerikanın digər şəhərlərində təhlükəsizliyin təmin edilməsi üçün fövqəladə xidmətlərə dəstək verəcək.

Bunu Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ-nin müdafiə nazirii Lloyd Ostin Kolumbiya dairəsi hakimiyyətinin müvafiq tələbinə müsbət cavab verib. ABŞ Milli Qvardiyasının hərbçiləri 5-13 noyabr tarixlərində Vaşinqtonda təhlükəsizliyin təmin edilməsinə kömək edəcəklər. Eyni zamanda, Rayder bunun “böyük tədbirlərdə təhlükəsizliyin artırılmasına” yönəlmiş “standart təcrübə” olduğuna əmin edib.