ABŞ-də Milli Qvardiyanın 250-dən çox əsgəri 15 ştatda keçirilən prezident seçkilərində səsvermənin təhlükəsizliyini təmin edir.
Bu barədə CNN məlumat yayıb.
Hərbi personal Alabama, Arizona, Delaver, Havay, İllinoys, Ayova, Nyu Meksiko, Şimali Karolina, Oreqon, Pensilvaniya, Tennessi, Texas, Vaşinqton, Viskonsin və Qərbi Virciniya kimi ştatlarda səfərbər olunub.
Gücün təxminən yarısı kibertəhlükəsizliyə, digər yarısı isə yerli hakimiyyət orqanlarının tələbi ilə müəyyən ərazilərə dəstək verirlər.