ABŞ prezidenti Cozef Baydenin administrasiyası miqrantların ABŞ-Meksika sərhəddində sığınacaq tələb etmələrini çətinləşdirmək üçün Konqressiz birtərəfli tədbirlər görməyi nəzərdən keçirir.

Bu tədbirlər qəbul olunarsa, ABŞ səlahiyyətliləri meyarlara cavab verməyən yeni gələn miqrantları tez bir zamanda deportasiya edə biləcək. Məqsəd cənub sərhədini qanunsuz keçən miqrantların sayını azaltmaqdır.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin rəsmilərindən sığınacaq axtaranların ilk yoxlanışı zamanı müsahibə standartlarını yüksəltmələri tələb olunacaq.

ABŞ-a qeyri-qanuni immiqrasiya problemi ilə bağlı artan gərginlik fonunda, Texas hakimiyyəti qeyri-qanuni sərhəd keçidlərinin axınının artması ilə bağlı narahatlığını bildirib.

İstinadlar Report