Boston Federal Məhkəməsi ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölkə sərhədini keçən şəxslərin elektron qurğularını tutarlı səbəb olmadan yoxlamaq hüququna malik olmaması ilə bağlı qərar çıxarıb.

Qərar məhkəmə tərəfindən 2017-ci ildə qrup şəklində verilən iddiaya baxıldıqdan sonra qəbul olunub. Sərhəddə elektron qurğuları yoxlanılan iddiaçılar sırasına ABŞ Kosmik Agentliyinin (NASA) mühəndisi də daxil olub, cavabdeh qismində isə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti (CBP) çıxış edib. Məhkəmədə iddiaçıların marağını təmsil edən ABŞ Vətəndaş Azadlıqları İttifaqının (ACLU) və “Electronic Frontier Foundation” (EFF) hüquq müdafiə təşkilatının hüquqşünasları smartfon və digər qurğuların yoxlanılmasının konstitusiyaya zidd olmasını bildiriblər.

Belə yoxlamalar Donald Tramp ABŞ Prezidenti təyin olunduqdan sonra geniş yayılmağa başlayıb. Belə ki, təkcə 2017-ci ilin birinci yarısında sərhədçilər tərəfindən 15 min elektron qurğuda saxlanılan məlumatlar öyrənilib.

Nəticədə məhkəmə qərara gəlib ki, sərhəddə dövlət maraqları birinci dərəcəli olsa da, bu, qurğuların tutarlı səbəb olmadan yoxlanılması üçün əsas deyil – yoxlamanın aparılması üçün sərhəd xidmətinin əməkdaşı əsaslı şübhələrə malik olmalıdır. Əks təqdirdə belə yoxlama səyahət edən şəxslərin hüquqlarını pozur.

Oxumağa dəyər:   Yenilənmiş "Your Phone" əlavəsi telefon zəngləri etməyə imkan verəcək

Nizam Nuriyev

İstinadlar ict news