
ABŞ hərbçiləri martın ortalarında Yəmənin “Ənsar Allah”ının husi üsyançılarına qarşı əməliyyatın başlamasından bəri hərəkatın 800-dən çox hədəfinə zərbələr endirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
“Rough Rider” əməliyyatı başlayandan bəri Mərkəzi Komandanlıq qüvvələri 800-dən çox hədəfə zərbə endirib, yüzlərlə husi döyüşçüsünü və bir neçə liderini öldürüb”, – paylaşımda qeyd olunur.