
ABŞ-nin maliyyə naziri Canet Yellen Çin banklarını Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına maddi dəstək göstərəcəkləri təqdirdə sanksiyalarla hədələyib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, söhbət Pekinin ABŞ dollarına çıxışını əngəlləməkdən gedir.
Bildirilib ki, ABŞ maliyyə naziri Çin banklarına xəbərdarlıq edib: “Rusiya müdafiə sənayesinə hərbi və ya ikili təyinatlı malların tədarükünü imkan verən böyük əməliyyatları asanlaşdıran istənilən banklar özlərini riskə məruz qoyurlar”.