ABŞ Macarıstanın Baş nazirinin aparat rəhbəri Antal Roqana qarşı sanksiyaları ləğv edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar keçmiş prezident Co Baydenin administrasiyası dövründə Roqanı “Macarıstan iqtisadiyyatının sektorlarına nəzarəti ələ keçirmək üçün sxemlər yaratmaq”da ittiham edərək ona qarşı sanksiyalar tətbiq edib.

Bildirilib ki, Roqan Macarıstanda dövlət müqavilələrinin və resurslarının yaxın adamlarının maraqları naminə paylanması sisteminin qurulmasında iştirak edib.

İstinadlar Report