ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllinin indi tamamilə Moskvadan asılı olduğunu bildirib.

O, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə çıxışında deyib,

O bildirib ki, Ukrayna razılığa hazırdır.

Trampın sözlərinə görə, artıq tərəflər arasında atəşkəslə bağlı işə başlanılıb.

ABŞ lideri sülhün təmin olunacağına əminliyini ifadə edib.

Dövlət başçısı, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə tezliklə görüşmək istədiyini bildirib.

İstinadlar Report