ABŞ prezidenti Donald Tramp bildirib ki, 15 yanvar tarixində Ağ evdə Çin Xalq Respublikası ilə ticarət sazişinin ilk hissəsinin imzalanma mərasimi baş tutacaq.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

O, qeyd edib ki, imzalanma mərasimində yüksək vəzifəli Çin nümayəndələri iştirak edəcək.

“Bundan sonra ticarət sazişinin ikinci mərhələsi üzrə danışıqlara başlamaq üçün Çinə səfər edəcəm”, – ABŞ lideri özünün “Twitter”dəki səhifəsində yazıb.

İstinadlar Report