Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov cümə günü Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirliklərinin rəhbərləri ilə görüşüb.

Bu barədə “İnterfaks” məlumat yayıb. 

“Diplomatik nümayəndəliklərin nümayəndələrinə yanvarın 9-13-də Cenevrə, Brüssel və Vyanada ABŞ, NATO ilə Rusiya Federasiyasının təhlükəsizliyinin beynəlxalq hüquqi təminatlarının təmin edilməsi məsələlərinə dair məsləhətləşmələrin nəticələri, eləcə də bu mövzunun ATƏT-in Daimi Şurasının iclasında müzakirəsi barədə ətraflı məlumat verilib”, – Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

 

İstinadlar Qafqazinfo