Birləşmiş Ştatlar Şimali Koreyaya sanksiya siyahısına Rusiyada yaşadığı güman edilən iki nəfər də daxil olmaqla 8 nəfəri və bir təşkilatın adını salıb.

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunub.

Belə ki, Moskva və Vladivostokda yaşayan KXDR-in iki vətəndaşına qarşı sanksiyalar tətbiq edilib. Nazirlikdən verilən məlumata görə, Tehranda yaşayan iki vətəndaş da qara siyahıya daxil edilib.

Sanksiya siyahısına “Kimsuky” (Apt43, Archipelago, Black Nanshee və digər adlar kimi tanınır) haker qrupu da daxildir.

İstinadlar Report